Qazaxıstanda prezidentliyə namizədlərin irəli sürülməsi üçün ayrılan vaxt başa çatıb.
Qaynarinfo xəbər verir ki, 9 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Ümumilikdə, 4 partiya və 5 ictimai təşkilatdan namizədlər qeydə alınıb.
Beləliklə, iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkilərində aşağıdakı namizədlər mübarizə aparacaq:
Qasım-Jomart Tokayev (Qazaxıstanın hazırkı prezidenti) - Nur Otan Partiyası;
Daniya Yespayeva - "Ak jol" Partiyası;
Jambıl Əhmədbekov - Kommunist Xalq Partiyası;
Toleutay Rəhimbəyfov - Aul Partiyası;
Sadıbek Tuqel - "Böyük Çöllərin Qartalları" İctimai Birliyi;
Amangəldi Taspixov - Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası;
Amirjan Kosanov - "Xalqın Taleyi" Milli Vətənpərvər Hərəkatı;
Talqat Yerqaliyev - Qazaxıstan İnşaatçıları İttifaqı;
Jumatay Əliyev - "Xalq Demoqrafiyası" İctimai Birliyi.
Qeyd edək ki, Qazaxıstana 30 il rəhbərlik etmiş Nursultan Nazarbayev bu il martın 20-də prezident postundan istefa verib. Dövlət başçısının səlahiyyətləri Qasım-Jomart Tokayev icra edir. O, bundan əvvəl Qazaxıstan Senatının sədri olub.