Xəbər lenti

Qazaxıstanda “ailə təcavüzkarları” müvəqqəti olaraq evlərindən çıxarılacaq
Dünya15:54 08.01.2024

Qazaxıstanda “ailə təcavüzkarları” müvəqqəti olaraq evlərindən çıxarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstan hakimiyyəti məişət zorakılığı qurbanlarına kömək məqsədi ilə düzəlişlər hazırlayıb. Respublikanın İnzibati Polis Komitəsinin sədr müavini Renat Zülxairov bildirib ki, məhkəmənin qərarı ilə məişət zorakılığı törətmiş şəxs müvəqqəti olaraq evindən çıxarılaraq, sosial adaptasiya mərkəzinə yerləşdirilə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxstanın "Nur” portal məlumat yayıb 
"Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə və döymənin kriminallaşdırması planlaşdırılır. Cinayətkarın davranışına qoyulan xüsusi tələblər çərçivəsində məhkəməyə təcavüzkarı evdən müvəqqəti çıxarmaq hüququ verilir. Eyni zamanda, onu müvəqqəti olaraq sosial adaptasiya mərkəzində öz hərəkətləri haqqında düşünməyə dəvət edirlər”, deyə Zülxairov bildirib. 
O qeyd edib ki, bu təşəbbüs məhkəmələrə nəinki təcavüzkarı müvəqqəti olaraq evdən çıxarmağa, həm də məişət zorakılığı törədən şəxsi səhiyyə təşkilatlarında psixokorreksiya kurslarından keçməyə məcbur etməyə imkan verəcək.
Təşəbbüs uşaqları və qadınları məişət zorakılığından qorumaq üçün nəzərdə tutulub.
Qeyd olunur ki, 2023-cü il iyulun 1-dən Qazaxıstan polisi məişət zorakılığı hallarının qeydə alınmasının deklorativ xarakterindən müəyyənetmə xarakterinə keçib. 2023-cü ilin ikinci yarısı ərzində Qazaxıstan hakimiyyəti məişət zorakılığı hallarına görə həbslərin sayını iki dəfə artırıb.
2023-cü ildə respublikanın cinayət məcəlləsinə də dəyişikliklər edilib. Sağlamlığa ağır və orta dərəcəli xəsarət yetirmə ilə bağlı bəzi maddələrdə "Hərəkətin təqsirkardan maddi və ya digər asılılıqda olan şəxsə qarşı törədilməsi” şərti işarəsi qoyulub. 
Nizami Bağırov