"Qazaxıstanda baş verən proseslərin Türk birliyinə qarşı olması ilə bağlı deyilənləri qəbul etmirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Qazaxıstana cəlb olunmasının Türk Dövlətləri Təşkilatına hər hansı zərərindən danışarkən deyib. Sabiq nazirin fikirincə, Türk Dövlətləri Birliyi layihədir:
"Gəlin reallığı görək. Bəyan olunan məqsədlər hələ icra olunmayıb. Türkiyə Azərbaycan münasibətlərini götürdükdə yüksək səviyyədə əməkdaşlıq görə bilərək. Amma digər türk ölkələrinin bu əməkdaşlığa qoşulmasına çox vaxt var, proses hələ təzə başlayıb”.
Tofiq Zülfüqarov Qazaxıstanda başqa proseslərin getdiyini deyib:
"Proses təzə başlayıb, demək olmaz ki, real nəticələr var”.
Bahar Rüstəmli