Qazaxıstanın Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.
Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev bəyan edib.
“Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, deyə DİN rəsmisi bildirib.
* * * *
Qazaxımtanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərinin bir neçə rayonunda atışma gedir.
APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın "Diapazon" nəşri məlumat yayıb.
Şahidlər qəzetə bildiriblər ki, atışma bu gün saat 13:00 radələrində başlayıb. Əvvəlcə soyğunçular Sputnik rayonunda silah mağazasını talan ediblər. 24-30 yaşlı kişilər hərbi hissədə hərbiçiləri girov götürüb eyni zamanda Aktoba şəhərində İleksk polis bölməsinə hücum çəkiblər. Atışma zamanı 2 nəfər xəsarət alıb. Polisin hücum çəkənlərdən bir neçə nəfəri saxladığı da bildirilir. Qəzet yazır ki, hazıra şəhərin Meqa və Siti-mərkəz bölgələrində böyük mağazalar, ticarət mərkəzləri, bazarlar bağlanır, əhali kütləvi evakuasiya edilir.