Xəbər lenti

Qazaxıstanda Xocalı abidəsi var imiş - FOTO
Siyasət09:46 02.06.2014

Qazaxıstanda Xocalı abidəsi var imiş - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məlumat verildiyi kimi, Qazaxıstanda Turan şəhərinin açılışı və bu münasibətlə türk xalqlarının qurultayına gedən Azərbaycan nümayəndə heyəti Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində olublar.
Bu haqda Qaynar.info-ya məlumat verən Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənli universiteti ziyarət zamanı azərbaycanlı tələbələrlə görüşdüklərini bildirib: “Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetini ziyarət zamanı azərbaycanlı və türkiyəli tələbələrlə də görüşdük. Görüşümüzdə biz tələbələrin problemi ilə maraqlanarkən, onlar bizə daha çox ictimai fəaliyyətlərindən danışmağa üstünlük verdilər. Məlum oldu ki, tələbələrin maddi və mənəvi dəstəyi ilə universitetin həyətində Xocalı Soyqırımı qurbanlarına abidə ucaldılıb və hər il tələbələr abidə önündə toplaşıb soyqırım qurbanlarını yad edir, gerçəklərin qazax tələbələr arasında təbliğini təşkil edirlər. Nümayəndə heyəti olaraq abidəni ziyarət etdik və heç bir tapşırıq gözləmədən, dəstək almadan, belə bir işi gerçəkləşdirdiklərinə görə, tələbələrə təşəkkürümüzü bildirdik”
Qaynar.info