Dünya 17:51 26.05.2023

Qazaxıstandan Rusiyaya mesaj: “Heç bir ittifaq dövlətinə qoşulmayacağıq”

Qazaxıstanın ittifaq dövlətləri yaratmaq və ya onlara qoşulmaq niyyəti yoxdur. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat katibi Ruslan Jeldibay sosial şəbəkələrdəki səhifəsində bildirib.

Jeldibay vurğulayıb ki, prezident Kasım-Jomart Tokayevin çıxışının "əsas mesajı” Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində inteqrasiyanın "yalnız iqtisadi yolla” getməsidir.

"Həqiqətən də, bu gün Aİİ-nin iki üzvü - Rusiya və Belarus daha yüksək və daha yaxın yaxınlaşma səviyyəsini nümayiş etdirir. <...> Bu baxımdan tamamilə fərqli məqsədləri olan iki inteqrasiya layihəsi çərçivəsində təşəbbüsləri bir-birindən ayırmaq çox vacibdir. Ölkəmizə gəlincə, Qazaxıstan heç bir ittifaq dövləti yaratmaq və ya onlara qoşulmaq niyyətində deyil və planlaşdırmır”, - Jeldibay yazıb.

Mayın 24-də çıxış edən Tokayev diqqəti ittifaq dövlətinin "fenomeni”nə yönəldib və Aİİ ölkələrinin müxtəlif inteqrasiya səviyyələrini müzakirə etməyi təklif edib.

Alpər