Xəbər lenti

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri həbs edildi
Dünya06:05 12.11.2023

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Hüquq-mühafizə orqanları sabiq milli iqtisadiyyat nazirinin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib.
"Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli Kuandıq Bişimbayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Daha geniş məlumatlar Qazaxıstan Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq açıqlana bilməz”, - məlumatda deyilir.