Qazaxstanın "Kazmunaigas" (KMG) və Abu Dhabi Ports Company (ADP, Birləşmiş Ərəb Əmirlikləri) Xəzərdə neft-qaz layihələrinə dəniz xidmətlərinin göstərilməsi üzrə birgə müəssisənin yaradılması üzrə strateji tərəfdaşlıq sazişi imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” Reuters-ə istinadən məlumat
yayıb.
Sazişə əsasən, tərəflər Qazaxıstan neftinin ixracı üçün alternativ marşrutlar (Aktau limanı vasitəsilə Azərbaycana doğru) nəzərə alınmaqla Xəzər dənizində dəniz layihələrini (kiçik tonajlı gəmilərin növləri) təmin edən donanma, habelə tanker donanması yaradacaqlar.
Tərəfdaşlar Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında birgə müəssisə yaradacaqlar. Tərəflər BM-də Kazmortransflot (KMTF) və International Maritime Investments Ltd törəmə müəssisələri vasitəsilə iştirak etmək niyyətindədirlər.
Birgə müəssisə həmçinin Transxəzər marşrutu ilə Çindən Avropaya qablaşdırılmış yüklərin tranziti üçün konteyner bərələrinin və Şimal-Cənub marşrutu üzrə ümumi yüklərin daşınmasında iştirak etmək üçün quru yük gəmilərinin tikintisi və əldə edilməsi imkanlarını araşdıracaq.
Qazaxıstanın dəniz ticarət qovşaqlarına birbaşa çıxışı yoxdur, lakin ənənəvi logistik marşrutların itirilməsi fonunda Transxəzər nəqliyyat dəhlizindən istifadəni artırmağı planlaşdırır.
Qazaxıstan neft həcmlərinin bir hissəsini Rusiya limanlarından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə yönləndirmək üçün ehtiyat variant kimi Xəzərdəki Aktau limanını nəzərdən keçirir.
Nizami Bağırov
Şərhlər