Xəbər lenti

Qazilərin təşkilatından sərt ittiham: "Saxta əlilləri "parnik"də çoxaldırlar"
Ölkə13:52 30.09.2019

Qazilərin təşkilatından sərt ittiham: "Saxta əlilləri "parnik"də çoxaldırlar"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Adı SOCAR-la insidentdə hallanan Hüseynov Şərif Novruz oğlunun Qarabağ əlili olmadığı bildirilir. Bəzi mənbələrdən Qaynarinfo-ya daxil olan məlumata görə, Hüseynov Şərif Novruz oğlu hansısa yolla cəmi 1 il əvvəl "Qarabağ əlili" vəsiqəsi əldə edib.
Mövzu ilə bağlı müraciət etdiyimiz Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi Aris Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirdi ki, dəqiq məlumatı dövlət orqanından öyrənmək mümkündür: "Bizim elə bir üzvümüz yoxdur. Ad, soyad, atasının adını verirsiniz Əmək və Sosial Müdafiə Nazirliyinə, sistemdən axtarılır. Əlilliklə bağlı sənədi onlar verir. Həmin əlillər öz istəkləri ilə gəlib bizə sadəcə üzv ola bilərlər. Ümumiyyətlə,  1994-cü ilin may ayından atəşkəs imzalanıb. 25 il keçməsinə baxmayaraq, bu gün də əlillərin sayı  "balalayır". Nəyin nəticəsində? Bizim hakimlərin və hərbi həkim komissiyasının, o cümlədən də Əmək və Sosial Müdafiə Nazirliyinin əlilliyi verən orqanının sayəsində. Düzdü, Əmək və Sosial Müdafiə Nazirliyi adamın üzünü görmür. Yeni gələn nazir belə tapşırıq verib ki, ancaq sənəd üzərindən işləyirlər. Həmin sənədi isə hakimlərlə hərbi həkim komissiyası düzüb qoşur. Güya 25 il əvvəl yanında bomba düşüb, mina partlayıb deyə kəllə beyin travması keçirib". 
A.Məmmədovun sözlərinə görə, bu gün qanuni əlillərin sosial vəziyyətini yaxşılaşdırmaq müşkülə çevrilib: "Çünki bu məmurlar saxta əlilləri orada "parnik" kimi çoxaldırlar". 
Baş verən insidenti pisləyən A.Məmmədov əlavə edib ki, biz bu məsələni araşdırmamış hüquqi qiymət verə bilmərik: "Çünki nə məhkəmə deyilik, nə də hüquq-mühafizə orqanı. Günahkarlara güzəşt olmamalıdır. Onunla bağlı 42-ci polis bölməsində araşdırma gedir. İnanıram ki, dövlət bunu tam araşdırıb hüquqi qiymət verəcək və günahkar şəxslər cəzalanacaq".