Rusiyalı məşhur müğənni Oleq Qazmanov "Rus dünyası” adlı yeni mahnısını təqdim edib. İfaçı keçmiş SSRİ ölkələrini "Vətənin bir hissəsi” adlandırıb və "bizimkiləri incidəcəkləri”, "abidələri yıxacaqları”, "qəbirləri dağıdacaqları” təqdirdə zirehli texnikanın gələcəyi ilə hədələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo”
yazır.
Mahnının ilk ifası mayın 20-də Qazmanovun Barnauldakı konsertində baş tutub. Lakin mahnı hələ müğənninin rəsmi kanallarında görünməyib. Mahnının birinci misrasında Qazmanov Rusiyada yaşayan xalqları sadalayır və onları "Rus dünyası”nın sırasına daxil edir. Daha sonra o, Rusiya İmperiyasının başqa millətlərdən olan məşhur adamlarının ("afrikalı Puşkin”, "gürcü Baqration”, "erməni Ayvazovski”) adlarını çəkir və onları "birlikdə rusiyalıların dövlətində birləşdiklərini” bildirir. Müğənni ikinci misrasını SSRİ-nin dağılması mövzusuna həsr edib. O, 1990-cı illərdə müstəqillik qazanmış ölkələri "ölkədən kənarda qalan vətənin bir hissəsi” adlandırır.
Qeyd edək ki, Rusiyada Qazmanov son zamanların ən məşhur ifaçalından biridir. O, dəfələrlə prezident seçkilərində Vladimir Putinin səliyyətli nümayəndəsi olub və mütəmadi olaraq Kremlyönlü mitinq və konsertlərdə çıxış edir.
Nizami Bağırov