Xəbər lenti

“Qazprom”: Avropaya qazın dayandırılması bizim nəzarətimizdən kənar baş verir
Dünya05:57 19.07.2022

“Qazprom”: Avropaya qazın dayandırılması bizim nəzarətimizdən kənar baş verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Qazprom" şirkəti Avropadakı müştərilərinə "fövqəladə" vəziyyətlərə görə qaz tədarükünə zəmanət verə bilməyəcəyini bildirib.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, iyulun 14-də Rusiya dövlət qaz monopoliyası əməkdaşlıq etdiyi şirkətlərə məsələ ilə bağlı məktub yazıb. Məktubda deyilir ki, Qazprom iyunun 14-dən tədarükdə fors-major vəziyyət elan edib.
Almaniyanın ən böyük Rusiya qazı idxalçısı olan Uniper şirkəti məktubu aldığını bildirən müştərilər arasındadır.
Almaniyanın ən böyük enerji istehsalçısı və Rusiya qazının başqa bir idxalçısı olan RWE də fors-major bildiriş aldığını bildirib.
Bildirilir ki, fors-major vəziyyət Almaniyaya və onun hüdudlarından kənara əsas təchizat marşrutu olan "Şimal axını 1” boru kəməri vasitəsilə tədarüklə bağlıdır.
Nurlan Hüseynov