Rusiyanın "Qazprom” şirkəti Fransanın "Engie” korporasiyasına qaz tədarükünü dayandırıb.
Bu barədə Qaynarinfo TASS-a istinadən xəbər
verir.
Bildirilir ki, iyul ayı tədarükləri tam ödənilmədiyindən qazın verilməsi dayandırılıb.
Xatırladaq ki, bir müddət əvvəl Fransanın "Engie” şirkəti tərəflər arasında müqavilənin bəzi müddəaları ilə bağlı fikir ayrılıqlarının olduğu barədə açıqlama vermişdi.
Fransa Rusiyanın qaz idxalından digər Aİ ölkələrindən daha az asılıdır, "Qazprom”un payı təxminən 17% təşkil edir. Hazırda Fransanın qaz şirkətləri Əlcəzairlə danışıqlar aparır.
Nizami Bağırov