Xəbər lenti

"Qazprom”la əlaqəli müəmmalı ölümlər davam edir: Daha bir menecer qətlə yetirildi
Dünya11:53 06.07.2022

"Qazprom”la əlaqəli müəmmalı ölümlər davam edir: Daha bir menecer qətlə yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qazprom”la əlaqəsi olan növbəti iş adamının cəsədi Sankt-Peterburq yaxınlığında tapılıb.
Bu barədə Qaynarinfo "The Moscow Times”a istinadla xəbər verir. Şirkətin saytında verilən məlumata görə, 61 yaşlı Yuri Voronov "Qazprom”un Arktika layihələrində işləyən "Astra Shipping” nəqliyyat şirkətinə rəhbərlik edib.
Yerli xəbər saytının verdiyi məlumata görə, Voronovun başında güllə yarası olan cəsədi bazar ertəsi Sankt-Peterburqun zəngin şəhərətrafı Morskiye Terrası qəsəbəsindəki elit kotecin hovuzunda tapılıb.
İddiaya görə, hovuzun dibində bir neçə giliz tapılıb və yaxınlıqda Grand Power tapançası aşkar edilib. Güman edilir ki, Voronov bu il müəmmalı şəraitdə ölən "Qazprom”a bağlı ən azı dördüncü icraçı və Rusiyanın qaz sənayesi ilə əlaqəli altıncı fiqurdur. Yanvar ayında "Qazprom İnvest”in nəqliyyat xidmətinin rəhbəri Leonid Şulmanın cəsədi Morskiye Terrasıdan 30 kilometr qərbdə başqa bir elit kottecin hamamında tapılıb.
"Qazprom”un vahid hesablaşma mərkəzinin direktor müavini Aleksandr Tyulakovun cəsədi isə bir ay sonra tapılıb. Aprel ayında "Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avaev Moskvada, keçmiş enerji nəhəngi "Novatek”in top meneceri Sergey Protosenya isə İspaniyada ardıcıl olaraq intihar edib. "Qazprom”la əlaqəli olmayan digər ölümlər arasında fevralın sonunda İngiltərənin Surrey şəhərində vəfat edən Ukrayna əsilli rusiyalı milyarder Mixail Vatford və mayın əvvəlində Moskva ətrafında vəfat edən "Lukoyl”un keçmiş rəhbəri Aleksandr Subbotin də var.
Nurlan Hüseynov