Xəbər lenti

"Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi
İdman20:29 25.04.2026

"Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, günün ikinci matçında şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.
Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla altıncı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib.
Tura aprelin 27-də yekun vurulacaq.