Xəbər lenti

İdman 16:12 26.07.2026

"Qəbələ" legionerini yarım milyon manata satdı

Ötən mövsüm "Qəbələ”nin şərəfini qorumuş Prins Ovusu karyerasını Slovakiyada davam etdirəcək.

Qaynarinfo sportinfo.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu-vinger 2 il əvvəl avrokuboklarda "Zirə”nin rəqibi olmuş "Dunayska Streda” (DAC 1904) ilə müqavilə bağlayıb.

Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olan Prinsin Slovakiyaya üz tutması "Qəbələ”yə kifayət qədər ciddi məbləğ qazandırıb - 250 min avro, təxminən 500 min manat.

İstedadlı gənclərə şans verən və onların Avropa klublarına satışından yaxşı maliyyə qazanan "Dunayska Streda” Ovusunun xoş gələcəyinə ümid edir.

Klub rəhbərliyi inanır ki, yaxın 1-2 il ərzində qanalı futbolçunu 2-3 qat baha qiymətə başqa kluba satmaq mümkün olacaq.

Təxminən yarım milyon manatdan keçmələri də buna görədir.

Maraq üçün bildirək ki, Prins Ovusu ötən mövsüm "qırmızı-qaralar”ın heyətində meydana çıxdığı 34 oyunda 7 qol və 3 assistlə fərqlənmişdi.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->