Xəbər lenti

İdman 19:12 14.06.2022

"Qəbələ"nin yay hazırlıq planı açıqlandı

"Qəbələ” 2022/23 mövsümünün hazırlığına sabah start verəcək.
 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılır.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. "Qırmızı-qaralar” Boludakı "Termal” otelində məskunlaşacaq. Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. "Qəbələ” iyulun 5-də Türkiyənin "Qaziantep”, 12-də Rumıniyanın "Çiksereda” klubu ilə qarşılaşacaq.
 
Komandamızın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü Konfrans Liqasının II təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->