Qəbələ rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo "report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı iki avtomobil toqquşub. Hadisə nəticəsində maşınlardan biri yoldan çıxaraq kolluq əraziyə aşıb. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.