Xəbər lenti

"Neftçi" və "Qəbələ"nin potensial rəqibləri bəlli oldu
İdman13:05 19.06.2019

"Neftçi" və "Qəbələ"nin potensial rəqibləri bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" və "Qəbələ"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Qaynarinfo xəbər verir ki, flaqman I mərhələdə Moldovanın "Sperantsa" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə, Rusiyanın "Arsenal" (Tula) komandası ilə üz-üzə gələcək. İlk matç səfərdə olacaq.
"Qəbələ" isə "Dinamo" (Tbilisi, Gürcüstan) / "La Fiorita” (San-Marino) / "Enqordani” (Andorra) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun evdə olacaq. 
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11-18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul-1 avqustda keçiriləcək.