Xəbər lenti

Qəbristanlıqdan oğurluq edən şəxslər tutulublar
Ölkə17:30 14.08.2016

Qəbristanlıqdan oğurluq edən şəxslər tutulublar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəkidə qəbristanlıqdan oğurluq edən şəxslər tutulublar. 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakinlərinin polisə etdikləri şikayət əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kəndin "Pəri" qəbristanlığından qəbir daşlarının kənarlarına çəkilmiş dəmir barmaqlıqları oğurlayanların Mingəçevir şəhər sakinləri - 1967-ci il təvəllüdlü Davud Ələmşah oğlu Quliyev və 1988-ci il təvəllüdlü Faiq Elbrus oğlu Qasımovun olmaları müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslər Mingəçevir şəhəri ərazisində tutularaq istintaqa təhvil veriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sözügedən qəbristanlıqdan 20-ə yaxın qəbir daşlarının kənarına quraşdırılmış dəmir barmaqlıqları oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır. 

Qaynarinfo.Az