
"Daily Mail"də yer alan xəbərə görə polkovnik Qəddafi sarayındakı bu kameralarda gənc qızlarla yanaşı, hətta kişilərə də təcavüz edirmiş
İngilis mətbuatında Liviyanın köhnə lideri Müammər Qəddafinin şəxsi həyatıyla bağlı qorxunc iddialar ortaya çıxıb.
Ans press-in məlumatına görə, ingilis mətbuatının hazırladığı bir sənədli filmdə Qəddafinin sarayında gənc qızları seks köləsi kimi istismar etməsi və zorla saxlanıldığı kameralar olduğu bildirilib.
Ortaya çıxan dəhşətli faktlar nəticəsində məlum olub ki, köhnə diktator məktəblərə baş çəkərək özünə qurbanlar seçirmiş. Qəddafinin seks kameralarındakı yataq otaqları 70-ci illərin tərzinə uyğun dekorasiyaya edilib. Qoşa çarpayınıın olduğu bu otaqda Qəddafi 14 yaşlı gənc qızlara təcavüz edirmiş.
İstismar edilən bu qızlar xüsusi alətlərlə təchiz edilmiş bir otaqda əvvəlcə müayinədən keçirildikdən sonra Qəddafinin seks köləsi edilirmiş.
"Daily Mail"də yer alan xəbərə görə isə, polkovnik Qəddafi sarayındakı bu kameralarda gənc qızlarla yanaşı, hətta kişilərə də təcavüz edirmiş.
Qeyd edək ki, Müammər Qəddafi Liviyada 42 il diktatorluq rejimindən sonra 2011-ci ilin oktyabrında dəhşətli şəkildə öldürülüb.
Qaynar.info




