
Afrika ölkələrindən olan Uqandanın ən böyük məscidi adsız qalıb.
Qaynar.info xəbər verir ki, tikintisinə 2011-ci ildə başlanılan, 2008-ci ildə möhtəşəm mərasimlə müsəlmanların ixtiyarına verilən Uqanda Milli Qəddafi Məscidi Liviya lideri Qəddafinin ölümündən sonra adsız qalıb.
Məsciddə Qəddafinin adını daşıyan lövhə endirilib. Məsciddəkilər də ora gələnlərə məscidi adsız tanıtdırırlar.
Qeyd edək ki, 2008-ci ildə istifadəyə verilən məscid Liviya hökuməti tərəfindən maliyyələşdirilmişdi. O zaman Qəddafi bu məscidi Uqanda müsəlmanlarına hədiyyə etmişdi. 30 min nəfərlik məscid indi ona veriləcək yeni adı gözləyir.
Qaynar.info