Liviyanın sabiq lideri Müəmmar Qəddafinin yaxın adamları azadlığa buraxılacaq.
Qaynarinfo xəbər verir ki, Ədliyyə Nazirliyi keçmiş hökumətin rəsmilərini azad etmək üçün 2 qərar dərc edib. Nazir Məhəmməd Nuri Əl Feturi 6 martda sabiq Baş Nazir Əl Bağdadi Əl Mahmudinin, 7 martda isə sabiq Hərbi Kəşfiyyat rəhbəri Abdulla Senussinin sağlamlıq səbəblərinə görə həbsdən çıxarılması barədə qərar imzalayıb. Hər iki şəxs paytaxt Tripolidə yerləşən həbsxanada saxlanılırdı.
Qeyd edək ki, 2011-ci ildə Liviyada baş verən üsyandan sonra hökumətin 9 vəzifəli şəxsi barədə edam qərarı verilmişdi. Siyahıda Senussi və Əl Mahmudi də var idi.
Gülşən