Xəbər lenti

Qəddafinin oğlu Putindən kömək istədi
Dünya10:00 24.12.2018

Qəddafinin oğlu Putindən kömək istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liviyanın sabiq lideri Muəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi seçkilərdə Rusiyanın ona dəstək verəcəyinə ümid edir.
Qaynarinfo xarici KİV-ə istinadən xbər verir ki, o, dekabrın əvvəllərində Rusiya XİN rəhbərinin köməkçisi Mixail Boqdanov ilə görüşüb və onun vasitəsilə Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.
Məktubda o, ölkədəki siyasi vəziyyətlə bağlı mövqeyini açıqlayıb və siyasi dəstək göstərilməsini istəyib.
Bloomberg-in yazdığına görə, Seyf əl-İslam BMT-nin 2019-cu ildə keçirmək istədiyi milli seçkilərdə namizədliyini irəli sürə bilər. Lakin Rusiyanın Liviyada keçiriləcək seçkilərdə hər hansısa namizədi dəstəkləyib dəstəkləməyəcəyi barədə hələlik bir qərar verilməyib.