
Anası Safiyə və qardaşları Məhəmməd və Haniballa birlikdə Əlcəzairin cənubundakı bir malikanədə dövlət nəzarətində yaşayan 37 yaşlı Ayşə Qəddafi ilə bağlı ortaya şok iddia atılıb.
Qaynar.info xəbər verir ki, Ayşə Qəddai atası və ərinin ölümü səbəbindən tez-tez gərginlik keçirdiyi, evi yandırmaq istədiyi və onları qoruyan hərbçilərə hücum etdiyi bildirilib.
Baş verənlərə görə Əlcəzairi ittiham etməyə başlayan Ayşə Qəddafinin prezident Əbdüləziz Buteflikanın protretini cırması isə qalmaqala səbəb olub. Məhz bundan sonrza Qəddafi ailəsi Əlcəzairdən qovulub.
Qaynar.info