Xəbər lenti

Qədim yırtıcı quşların 68 milyon illik fosilləri tapıldı - Dinozavrları ovlayıblar
Dünya 23:25 10.10.2024

Qədim yırtıcı quşların 68 milyon illik fosilləri tapıldı - Dinozavrları ovlayıblar

Çikaqodakı Field Təbiət Tarixi Muzeyindən olan amerikalı paleontoloqlar dinozavrlarla eyni vaxtda yaşamış ən qədim yırtıcı quşların fosillərini aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "PLOS One" elmi jurnalında dərc olunub.

Alimlər müasir Dakota, Montana və Vayominq ştatlarında yerləşən Hell Creek Formation-da qazıntılar zamanı tarixdən əvvəlki ətyeyən quşların sümüklərini tapıblar. Təhlillər fosillərin təxminən 68 milyon il əvvəl Yer kürəsində yaşamış iki naməlum quş növünə aid olduğunu göstərib.

Mütəxəssislər kəşf edilən növlərə Çarlz Darvinin şərəfinə Avisaurus darvini, kəşfin edildiyi Montana ştatının Ekalaka şəhərinin şərəfinə Magnusavis ekalakaenis adlandırıblar.

Tədqiqatçılar qanadlı yırtıcıların müasir şahinlər və bayquşlar kimi ovladığını və güclü pəncələri ilə yırtıcıları tutduğunu irəli sürürlər. Bu, sümüklərin xarakterik xüsusiyyətləri ilə göstərilir. Quşların ayaqları kiçik məməliləri və hətta dinozavr körpələrini qaldıra biləcək qədər güclü olub.

Avisaurus darvini və Magnusavis ekalakaenis enantiornhis adlı böyük bir quş qrupuna aiddir. Onların əksəriyyəti 66 milyon il əvvəl asteroidin düşməsi nəticəsində yox olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->