Xəbər lenti

Qələbə günü Vətən müharibəsi abidəsi partladıldı - FOTO
Dünya20:33 12.05.2014

Qələbə günü Vətən müharibəsi abidəsi partladıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dağıstanda Böyük Vətən müharibəsinin qəhrəmanlarının xatirəsinə ucaldılan abidə partladılıb. 

“Axar.az”ın Rusiya mediasına istinadən məlumatına görə, hadisə mayın 8-dən 9-na keçən gecə Qunib rayonunun Soqratl kəndində baş verib. 

Məsələni sosial şəbəkələrdə kənd sakinləri qaldırıblar. Onlar öz səhifələrində dağıdılmış abidənin şəkillərini yerləşdiriblər. Faktı kənd icra nümayəndəliyi də təsdiqləyib. Kənd sakinlərinin verdiyi digər xəbərdə vandalların bunula kifayətlənməyərək, bir qədər aralıda yerləşən və 9 mayı əks etdirən ulduz çırağın da dağıdıldığı yer alıb. Məhəmməd adlı sakin öz səhifəsində qeyd edir ki, çox güman, bu, vəhabilərin əməlləridir. 

Bütün bunlara baxmayaraq, Qələbə günu böyük coşqu ilə qeyd olunub. 

Qaynar.info