Xəbər lenti

"Qələbə Planı”nın gizli hissəsi üzə çıxdı: Zelenski ABŞ-dan bunu istəyir
Dünya13:12 29.10.2024

"Qələbə Planı”nın gizli hissəsi üzə çıxdı: Zelenski ABŞ-dan bunu istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika jurnalistlərinin məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski "qələbə planı"nın məxfi detalları çərçivəsində Vaşinqtondan uzaq mənzilli "Tomahawk" qanadlı raketlərini istəyib.
Qaynarinfo xəbər verir ki, bu haqda The New York Times-ın materialında deyilir.
ABŞ-ın yüksək rütbəli məmurunun sözlərinə görə, Zelenski "Tomahawk" raketlərini nüvə təhdidinə qarşı mühafizə paketi kimi tələb edib – bu da onun təklif etdiyi "qələbə planı"nın maddələrindən biridir.
"Tomahawk" raketləri 1500 kilometrdən çox məsafəyə çatma qabiliyyətinə malikdir, bu isə Ukraynanın məhdud sayda aldığı ATACMS raketlərinin məsafəsindən yeddi dəfə artıqdır. Mənbə belə bir istəyin "tamamilə qeyri-real" olduğunu bildirib.
Ukraynanın ABŞ-a daha əvvəl təqdim etdiyi Rusiya ərazisindəki uzaq mənzilli hədəflər siyahısı, ABŞ-ın və ya başqa bir müttəfiqin Ukraynaya verə biləcəyi raketlərin sayını xeyli üstələyir, çünki bu, Yaxın Şərq və ya Asiyada vəziyyətin gərginləşəcəyi halda ABŞ-ın ehtiyaclarına risk yarada bilər.
Dörd mənbəyə istinadən bildirilir ki, Zelenski sentyabrda Baydenlə görüşdən sonra uzaq mənzilli məhdudiyyətlərin aradan qaldırılmasının rədd edilməsindən "heyrətə gəlib". 
Ötən həftə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ağ Evin Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli hücumlara icazə vermək mövqeyinin dəyişmədiyini bildirib, lakin danışıqların davam etdiyini qeyd edib.
Rusiya prezidenti Vladimir Putin belə bir icazəni NATO ölkələrinin müharibədə birbaşa iştirakı kimi qəbul edəcəyini və buna cavab tədbirləri üzərində çalışdıqlarını açıqlayıb.
Alpər