
İnformasiya əl ilə yazıldığı vaxt daha yaxşı mənimsənilir.
Qaynarinfo xəbər verir ki, "Popmech” portalına görə, bu qərara beynin müxtəlif hissələrinin fəaliyyətinin təhlili də daxil olmaqla bir sıra tədqiqatlar aparan alimlər tərəfindən gəlinib.
Tədqiqatçılar rəsm, əlyazma və klaviaturada yazarkən beyin fəaliyyətindəki fərqləri araşdırıblar. Testlərdə həm uşaqlar, həm də böyüklər iştirak edib.
Məlum olub ki, öyrənmək üçün optimal olan beyin dalğası nümunələri insanlar əllə yazdıqda ortaya çıxır. Əllə yazdıqda yaddaş və yeni məlumatların kodlaşdırılması üçün vacib olan neyronlar işə düşür.
Daha yaxşı öyrənməyə nail olmaq üçünsə alimlər hər üç növü də daxil etməyi məsləhət görürlər: qələmlə yazı, rəsm və klaviaturada yazmaq.
Alpər