Xəbər lenti

Qənirə Paşayeva müəllim və həkimlərdən danışdı
Siyasət12:48 15.03.2013

Qənirə Paşayeva müəllim və həkimlərdən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Parlamentin iclasında hökumətin hesabatı zamanı millət vəkili Qənirə Paşayeva müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsini qaldırıb.

Qaynar.info-nun məlumatına görə, deputat prezidentin bu barədə sərəncamı olduğunu və Nazirlər Kabinetinə tapşırıq verildiyini xatrıladıb:  "2011-ci ilin aprelin 20-də prezident cənab İlham Əliyev sərəncam verib ki, 3 ay müddətində Nazirlər Kabinetində təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə bağlı konsepsiya layihəsi hazırlansın. Təhsil Nazirliyi də Nazirlər Kabinetinə bununla bağlı öz təkliflərini ötən il göndərmişdi. Artıq 1 il yarımdan çox vaxt keçib. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? 2013-cü ildə bu konsepsiya ortaya çıxacaqmı? Bu addım atılsa, təhsil və səhiyyə işçilərinin həyatında ciddi dəyişiklik olar. Bu onların həm əmək haqlarına, həm də statuslarına ciddi təsir göstərər. Mən ümid edirəm ki, 2013-cü ildə bu istiqamətdə addımlar daha da sürətlənəcək”.

Qaynar.info