Xəbər lenti

Depresiyada olan kişinin mədəsindən çıxanlar hamını şoka saldı (FOTOLAR)
Dünya17:15 26.11.2017

Depresiyada olan kişinin mədəsindən çıxanlar hamını şoka saldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanda yaşayan Maqsud Xan adlı şəxsin mədəsindən 7 kq ağırlığında qəpik pul, mismarlar, şüşə hissələri və çoxlu yad cisim çıxarılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Madhya Pradeş şəhərindəki Sancay Qandi xəstəxanasına qarın ağrısı şikayəti ilə müraciət edən şəxsin qidadan zəhərləndiyi ehtimal edilmişdi, lakin həmin şəxsin mədəsindən çıxanlar həkimlərin təəccübünə səbəb olub. 35 yaşlı Maqsud xanın mədəsindən 263 ədəd qəpik pul, 100 ədəd mismar, 15 sm uzunluğunda dəmir qandal, daş, təraş bıçağı və şüşə qırıqları çıxarılıb. Mismarların ağırlığı 1,5 kq olub. 
Psixoloji problemi olan Maqsudun qəribə qidalanma vərdişindən ailəsinin və dostlarının xəbəri olmayıb. Əməliyyatı həyata keçirən həkim Priyank Şarma belə bir hadisə ilə ilk dəfə üzləşdiyini deyib. 
3 aydır depressiyada olan Maqsud Xanın yediyi bu şeylər əvvəlcə heç bir problemə səbəb olmayıb, sonra isə mədədə ağrılara və qanaxmaya səbəb olub. Onun vəziyyəti hazırda stabildir.
Gülşən