Xəbər lenti

"Qərb həm Rusiyanı, həm də Ukraynanı məhv etməyi qarşısına məqsəd qoyub" - Zərdüşt Əlizadə
Dünya08:07 05.07.2023

"Qərb həm Rusiyanı, həm də Ukraynanı məhv etməyi qarşısına məqsəd qoyub" - Zərdüşt Əlizadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın məhvi prosesi 10 illərlə çəkə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyevin Qərblə Moskva arasında qarşıdurmanın 10 illərlə davam edəcəyi və Ukrayna savaşının uzanacağı barədə xəbərdarlığını şərh edərkən deyib. 
Politoloq vurğulayıb ki, Medvedyevin dediyində müəyyən həqiqət payı mövcuddur:
"Qərblə Rusiya arasında qarşıdurmanın və Ukrayna müharibəsinin uzun müddət davam etməsi ehtimal olaraq mümkündür. Bu da Rusiyanın hakim zümrəsinin əbləhlik və əhalisinin cəhalətlik dərəcəsilə izah oluna bilər. Belə olan halda Medvedyevin dediyi kimi qarşıdurma uzun müddət davam edə bilər. Bu fonda Rusiya təcrid olunacaq, dünyanın mütərəqqi texnoloji bazarından, elmi mənbələrindən məhrum ediləcək. Rusiya tədricən tənəzzülə uğrayıb, elmi, iqtisadi və demoqrafik problemlərlə üz-üzə qalacaq. Yəni, Rusiyanın tədricən məhv olması on illərlə çəkə bilər”.
Həmsöhbətimiz qeyd edir ki, Qərb həm Rusiyanı, həm də Ukraynanı məhv etməyi qarşısına məqsəd qoyub: 
"Ona görə də Qərb Ukraynaya lazım olan zəruri silahları vermir. Yalnız o silahları verir ki, təki Ukrayna məğlub olmasın, müqavimət göstərsin və müharibə tez qurtarmasın. Bu fonda Medvedyevin dediyi kimi, Ukrayna ilə müharibə də uzun illər davam edə bilər. Belə vəziyyətdə Ukrayna xalqı qırılacaq, dövləti zəifləyəcək. Qərb acından ölməmək üçün ona maliyyə yardımı edəcək, amma yenə də lazım olan zəruri silahları verməyəcək. Müharibənin uzanması həm də onun tam həll edilməyəcəyini deməyə əsas verir”. 
Rüfət Sultan