Qərb mətbuatı və analitikləri Rusiya ordusunun Xersondan geri çəkilməsini Putin üçün rüsvayçılıq adlandırır, lakin Moskvanın hərbi gücünü lazımınca qiymətləndirməmək barədə xəbərdarlıq edirlər.
Qaynarinfo xəbər verir ki, "The New York Times”
qəzeti Rusiya qüvvələrinin Ukraynada işğal etdikləri yeganə regional mərkəzdən çıxmasını, Ukrayna Silahlı Qüvvələrinin böyük qələbəsi və "Putinin alçaldıcı ictimai məğlubiyyəti” adlandırıb. Nəşr Qərb kəşfiyyatına istinadən xatırladır ki, hərbçilər uzun müddətdir ki, Putini Xersondan qoşunların çıxarılması barədə göstəriş verməyə çağırıb, lakin prezident bundan imtina edib.
"Hərbçiləri Dneprin sol sahilinə təxliyə etmək tamamilə məntiqli bir qərardır və indi Rusiya bütün müharibə dövründə əldə etdiyi yeganə uğurunu itirdi”, - ”Financial Times” Böyük Britaniyanın Müdafiə naziri Ben Uollesdən
sitat gətirir. "İndi hesab 0-1 Ukraynanın xeyrinədir", - Britaniya rəsmisi deyib. Eyni zamanda o, Ukrayna və Qərbi Rusiya ordusunu hesabdan silməməli olduğunu bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq də düşməni qiymətləndirməmək təhlükəsi barədə xəbərdarlıq edib. "Sky News”a verdiyi
müsahibədə o xatırladıb ki, Rusiyanın hələ də çoxlu imkanları var. Dronların və raketlərin köməyi ilə Moskva Ukraynaya hələ də çox ziyan vura bilər.
"Washington Post”un köşə yazarı Maks But
hesab edir ki, Xersondan qoşunların çıxarılması əmrini Müdafiə naziri Sergey Şoyqu versə də, belə bir qərarı yalnız bir şəxs verə bilərdi - Putin. Analitik hesab edir ki, Kreml sahibini bu qərar onun maraqlarına uyğun olarsa, təzyiq altında geri çəkilməyi bacaran tamamilə rasional siyasətçi kimi xarakterizə edir.
But xatırladır ki, Rusiya ordusu Ukraynanı Qara dənizdən kəsmək üçün Xersondan Nikolayev və Odessaya hücumlar üçün baza kimi istifadə etmək istəyirdi. Bundan başqa, "The Washington Post”un analitiki yazır ki, Rusiya qüvvələri Xerson bölgəsində daha da geri çəkilməklə, 2014-cü ildə yarımadanın ilhaqından sonra Krımı su ilə təmin etməyi dayandıran Şimali Krım kanalına nəzarəti itirə bilər.
"The Guardian”a
görə, indi Ukrayna qüvvələrinin qarşısında duran ən vacib sual, onların cənuba doğru irəliləməyə cəhd edərkən Rusiyanın müqaviməti ilə üzləşib-üzləşməməsidir. Ukrayna Silahlı Qüvvələri tərəfindən yaxşı mənimsənilən kəşfiyyat dronları Kiyevə Moskvanın Ukraynanın bu hissəsində hələ də əhəmiyyətli qüvvələrin olub-olmadığını qiymətləndirməyə kömək edəcək.
Xatırladaq ki, çərşənbə günü Rusiya ordusunun komandanlığı qoşunların Dnepr çayının sağ sahilindən, o cümlədən Xersondan çıxarıldığını elan edib. "Agentstvo.Novosti”nin
hesablamalarına görə, Rusiya ordusu geri çəkildikdən sonra Rusiya müharibənin əvvəlindən bəri ələ keçirdiyi Ukrayna ərazisinin demək olar ki, 4,9 min kvadratkilometrini itirəcək.
Nizami Bağırov