Xəbər lenti

Qərb Rusiyanın Ukraynada məğlubiyyətini təmin etməlidir - Britaniyanın müdafiə naziri
Dünya09:56 02.02.2024

Qərb Rusiyanın Ukraynada məğlubiyyətini təmin etməlidir - Britaniyanın müdafiə naziri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərb Rusiyanın Ukraynada məğlubiyyətini təmin etməlidir, yoxsa Çin kimi diktator rejimlərin hücumuna məruz qalması riski var.
Qaynarinfo "The Telegraph”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.
Onun sözlərinə görə, demokratiyaya inanmayan rejimlər Ukraynadakı müharibəni izləyirlər və Qərb ölkələrinə qarşı hücuma keçə bilərlər.
"Demokratiyaya inanmayan rejimlər bizi izləyir və biz nümayiş etdirməliyik ki, demokratik yol həmişə qalib gələn yoldur”, - britaniyalı nazir vurğulayır. 
Şapps bildirib ki, Britaniya "getdikcə daha təhlükəli vaxtlar yaşayır” və Moskva ilə qarşıdurma qorxularının artması fonunda keçən ay orduya qəbulun iki dəfədən çox artıb. 
Nizami Bağırov