Xəbər lenti

“Qərb Rusiyaya daha sərt sanksiyalar tətbiq etməlidir” - ÇAĞIRIŞ
Dünya11:03 08.04.2014

“Qərb Rusiyaya daha sərt sanksiyalar tətbiq etməlidir” - ÇAĞIRIŞ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nüfuzlu “The New York Times” qəzeti özünün bugünkü redaksiya məqaləsində Ukrayna olayları ilə bağlı Avropa dövlətlərini ABŞ-la birgə Rusiyaya qarşı sanksiyaların növbəti hazırlamağa çağırıb.

“ABŞ və Avropa dəfələrlə bəyan edib ki, Rusiya təcavüzü davam etdirsə, ona qarşı daha sərt və ağrılı tədbirlərə əl atacaq. Bu addımları atmaq zamanı yetişdi”, - deyə qəzet qeyd edir.

Musavat.com-un verdiyi məlumata görə, məqalədə deyilir: “Şərqi Avropada yaşanan olaylar Krımın Rusiya tərəfindən ilhaqına gətirən olaylara çox oxşayır. Putin anlamalıdır ki, Ukraynaya müdaxilə ona Krım qiyamından da baha başa gələcək. Və qiymət həm Rusiyanın onsuz da çökməkdə olan iqtisadiyyatına dəyən zərərdə, həm də labüd olaraq başlanacaq yeni “soyuq savaş”da özünü göstərəcək. Ukraynalılar onlar üçün iqtisadi anlamda həlledici olan bir bölgənin əllərindən alınmasını bağışlamayacaq; NАТО yeni həyati impuls qazanacaq; təcrid və geriləmə rusiyalıları öyrəşdikləri azadlıqlardan və rifahdan məhrum elədikcə Rusiyanın öz daxilində də müxalif əhval güclənəcək” – qəzet proqnoz edib.

Qaynar.info