Xəbər lenti

Qərb şirkətlərinin əksəriyyəti hələ də Rusiyada qalır - "The Washington Post"
Dünya09:37 16.04.2023

Qərb şirkətlərinin əksəriyyəti hələ də Rusiyada qalır - "The Washington Post"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda Rusiya ilə əməkdaşlığı dayandırmağa söz verən xarici şirkətlərin yalnız kiçik bir hissəsi faktiki olaraq ölkə bazarını tərk edib.
Qaynarinfo bu barədə "The Washington Post”a (WP) istinadən xəbər verir.
İsveçrənin Sankt-Qallen Universitetinin tədqiqatçılarının fikrincə, Avropa İttifaqı və G7 şirkətlərinin 9%-dən az hissəsi Rusiyanı tərk edib. 
WP-nin məlumatına görə, BMW, "Mercedes", "Apple" və bir çox başqa markalar Rusiyada hələ də mövcuddur. Ölkədə "Coca-Cola" satışı davam edir, lakin başqa adla. "PepsiCo" və "Unilever" ölkədə yalnız zəruri malların satılacağını vəd ediblər, lakin bunlara kartof çipsləri və dondurma daxildir. IKEA Rusiya Federasiyasını tərk edib, amma ölkədə "Mega" ticarət mərkəzləri fəaliyyətini davam etdirir.
Rusiyada 3000-dən çox xarici şirkəti araşdıran Kiyev İqtisadiyyat Məktəbi onlardan yalnız 211-nin ölkəni tərk etdiyini bildirir (7%). 
Yale İdarəetmə Məktəbi 1600 xarici şirkət haqqında məlumatları araşdırıb, onlardan 1022-sinin fəaliyyətini dayandırdığını açıqlayıb və ya dayandırdığını iddia edib.
Hesabatda deyilir ki, Rusiyada qalan Qərb şirkətləri əsasən yerli bizneslərdən çox asılıdır və ayrılmanın verəcəyi itkiləri onların brendlərinə vuracağı potensial zərərdən daha çoxdur.
Bəzi müəssisələr, rəqiblər getdikcə böyük bazar payını ələ keçirib. Bir çoxları işi dayandırdıqlarını və ya biznesin həcmini azaltdıqlarını, lakin Rusiya ərazisində işlərini davam etdirdiklərini elan ediblər. Bəziləri Rusiya aktivlərini satmağa söz verib, lakin hələ də alıcı tapmayıb.
Materialda qeyd edilir ki, bütün bunlar ruslara Ukraynaya hücumdan əvvəl yaşadıqları rahatlıq səviyyəsini və eyni həyat keyfiyyətini saxlamağa imkan verir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra dünya brendlərinin əksəriyyəti ruslarla əməkdaşlığa son qoyduğunu və bazardan çəkildiyini bəyan edib. Ukraynada müharibə başlayandan bəri ABŞ və Qərb ölkələri oliqarxlar və onların ailələri də daxil olmaqla 2500 Rusiya şirkəti, məmur və iş adamını qara siyahıya salıb.
2022-ci ilin iyununda Rusiya son yüz ildə ilk dəfə olaraq suveren borcunu ödəməkdən imtina edib. Bundan əvvəl Rusiya sonuncu dəfə 1918-ci ildə xarici kreditorları qarşısında özünü defolt etmişdi.
Aydın