Xəbər lenti

"Qərb Ukraynada uzun sürən münaqişəyə hazır olmalıdır" - Olaf Şolts
Dünya14:41 19.06.2023

"Qərb Ukraynada uzun sürən münaqişəyə hazır olmalıdır" - Olaf Şolts

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qərb öz siyasətini Ukrayna münaqişəsinin qeyri-müəyyən müddətə davam edə biləcəyi gözləntisi ilə tənzimləməlidir".
Qaynarinfo xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bu barədə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib. 
"Biz hazır olmalıyıq. Çünki Rusiyanın hərəkəti uzun müddət davam edə bilər. Biz buna hazırlaşırıq və siyasətimizi buna yönəldirik. Almaniya lazım olduğu müddətdə Ukraynanın sadiq dəstəkçisi olmağa davam edəcək. Ancaq aydındır ki, NATO münaqişə tərəfi olmayacaq", deyə Şolts bildirib.
İyunun 14-də Almaniya hökuməti ölkə tarixində ilk dəfə Milli Təhlükəsizlik Strategiyasını qəbul edib və bu strategiyada qarşıdakı illərdə dövlətə qarşı potensial xarici təhlükələrə qarşı mübarizənin əsas prinsipləri və tədbirləri öz əksini tapıb. Sənədin inkişafının "müəyyənedici amili” Rusiyanın Ukraynadakı müharibəsidir. Almaniya hökuməti NATO öhdəliklərini təsdiqləyib və müdafiə xərclərini ÜDM-in iki faizi həcmində artırmaq qərarına gəlib.
Sənəddə deyilir: "Biz NATO və Aİ-yə güclü öhdəliyimizi ifadə edirik və Bundesveri (Almaniya Federativ Respublikasının Silahlı Qüvvələri) milli və müttəfiq müdafiənin əsas məqsədinə nail olmaq üçün gücləndiririk".
Şolts qeyd edib ki, hakimiyyət bir neçə il ərzində müdafiə xərclərinin iki faizlik artımına nail olmağı planlaşdırıb: "Biz kiberməkanda və kosmosda təhlükəsizliyimizi gücləndirəcəyik".
Aydın