Xəbər lenti

“Qərb Ukraynanı güzəştlərə vadar  bilər, lakin...” - Ekspert
Dünya10:19 16.08.2023

“Qərb Ukraynanı güzəştlərə vadar  bilər, lakin...” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qərb ölkələri Ukraynanı güzəştə vadar etmək istəyirlər ”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli NATO baş katibi ofisinin rəhbəri Stian Yenssenin səsləndirdiyi bəyanatı şərh edərkən deyib.
"Bu, əslində gözlənilən idi. Bir müddət əvvəl hiss olunurdu ki, Qərb ölkələri Kiyevi güzəştə getməyə məcbur etmək istəyirlər. Bu barədə müəyyən fikirlər dəfələrlə  səsləndirilib. NATO ofisi rəhbərinin açıqlaması da onu göstərir ki, Qərb müharibəni dayandırmaq istəyir. Onlar ilkin məqsədlərinə artıq nail olublar, Rusiyanı xeyli dərəcədə zəiflədə biliblər. Hazırda Qərb müharibəni dayandırmaq üçün müəyyən vasitələr axtarır ki, onlardan da biri Moskvanın imperiya iştahasının müəyyən hissəsinin təmin olunmasıdır. Bu səbəbdən artıq Ukraynaya təzyiq göstərməyə başlayacaqlar ki, onlar bəzi ərazilərin itirilməsi ilə barışsınlar. Yəqin bu barədə Qərbin planı da artıq hazırdır. Ona görə də indi belə bir açıqlamanı nəbz yoxlaması olaraq irəli atıblar. Bununla da tərəflərin fikirlərini öyrənməyi düşünürlər”,- deyə Q. Əlibəyli vfurğulayıb.
Ekspert NATO rəsmisinin açıqlamasının reallaşma ehtimalının böyük olduğunu bildirir: 
"Faktiki olaraq, müharibədə heç bir tərəf qalib gələ bilmir. Qərb isə artıq öz məqsədinə çatdığından müharibənin uzanmasından narahatdır. Ona görə də Kiyevə müəyyən təzyiqlər olacağını düşünürəm. Lakin Ukrayna xalqının iradəsindən də çox şey asılıdır. Belə bir təklifin reallaşamsı fonunda güman ki, Moskva da ona qarşı olan sanksiyaların müəyyən hissəsinin götürülməsini tələb edəcək və bu da baş tutacaq”. 
Qeyd edək ki, NATO baş katibinin ofisinin rəhbəri Stian Yenssen Ukraynada müharibəyə son qoymağın yollarından biri Kiyevin NATO-ya üzv olmaq müqabilində ərazisinin bir hissəsindən imtina etməsinin ola biləcəyini bildirib. NATO qərargahının  rəhbərinin sözlərinə görə, bu yolla Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyinə zəmanət vermək olardı. "Mən  demirəm ki, bu belə olmalıdır. Amma yəqin ki, bu,  mümkün bir həll yoludur”, - o əlavə edib. 
Rüfət Sultan