Böyük Britaniyanın həftəlik "The Economist” dərgisi, Putini razı salmağın niyə uzunmüddətli sülh gətirməyəcəyinə dair redaksiya məqaləsi ilə çıxış edib.
İddialara görə, iki lider - Marqaret Tetçer və Corc Buş Səddam Hüseynin Küveyti işğal etməsinə necə reaksiya verəcəyini düşünərkən Tetçer ABŞ prezidentinə xəbərdarlıq edib ki, "indi tərəddüd etmək vaxtı deyil”. O, hələ sağ olsaydı, bu gün xəbərdarlığını təkrarlamağa ehtiyac duya bilərdi.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist” nəşrinin materialında
deyilir.
Ukraynada müharibə dördüncü ayına qədəm qoyub və Vladimir Putinin səbəbsiz təcavüzü çox az adamın mümkün hesab etdiyi cavabla qarşılandı, xüsusilə cəsur ukraynalılar, həm də onlara siyasi, iqtisadi və maddi dəstək verən Qərb ölkələri tərəfindən. Rusiyanın böyük, lakin bacarıqsız ordusu paytaxt Kiyevi və Ukraynanın ikinci şəhəri olan Xarkovu ələ keçirə bilməyərək ölkənin şimalından və şimal-şərqdə geri çəkildi. Lakin o, daha əvvəl ilhaq etdiyi Krım yarımadasını Rusiyanın özü ilə birləşdirən "quru körpü” yaratdı və ələ keçirdiyi Donbas regionunda və cənubda əhəmiyyətli qazanc əldə etdi. Mübarizə davam edərkən, Ukraynanın əhval-ruhiyyəsində ehtiyatlı nikbinlik var, Qərbdən silah axını artır və Amerika Konqresi 40 milyard dollarlıq dəstək paketinə səs verib.
Qərbdən silah axını artmaqda davam etsə də və ABŞ Konqresi 40 milyard dollarlıq yardım paketini təsdiqləsə də, tez-tez atəşkəs və sülh danışıqları zərurətindən danışılır. Bəziləri Putinə rus auditoriyası qarşısında özünü biabır etməməyə imkan verəcək çıxış yolu təklif olunarsa, müharibənin daha tez bitəcəyinə işarə vurur.
Nəşr yazır ki, bu qərarın lehinə arqumentlər cəlbedici görünür: heç kim sonsuz müharibə istəmir. Müharibənin tezliklə başa çatması bir çox insanın həyatını və Ukrayna iqtisadiyyatının qalıqlarını xilas edəcək, qlobal ərzaq böhranının yumşaldacaq. Bununla belə, Putinin uzunmüddətli sülhü təmin etməyə hazır olduğunu düşünmək sadəlövhlükdür.
Məqalədə qeyd edilir ki, prezident Zelenskinin Qərb müttəfiqlərini münaqişənin başlanğıcından bəri dəfələrlə ölkəsinin işğalçılara qarşı mübarizə apara bilməsi üçün daha keyfiyyətli silahlar göndərməyə çağırışında tamamilə haqlıdır. Eyni zamanda o, Qərbin hələ də Ukraynaya verdiyi dəstəkdə "bir cəbhə” olmadığından narahatlığını ifadə edib.
Putinin aqressiyası mükafatlandırılarsa, yəni o, işğal etdiyi torpaqları əlində saxlaya bilərsə, dünya böyük təhlükə altında olacaq.
Nəşr oxucularına 2014-cü ili xatırladır, o zaman Rusiyanın Krımı ilhaq etdiyi və daha sonra separatçıların Donbasın şərqini ələ keçirməsini dəstəklədiyi bir vaxtda Qərbdən demək olar ki, heç bir dəstək almadan Ukrayna faktiki olaraq hərəkətsiz dayanmalı oldu. Səkkiz ildən sonra heç nə geri qaytarılmadı və belə zəif reaksiyadan cəsarətlənən Putin Rusiyanı daxildən zəiflətməyə çalışan xarici qüvvələr tərəfindən yaradılmış süni ixtira olduğunu dəfələrlə bəyan etdiyi ölkədən daha böyük ərazi qoparmağa qərar verdi.
Jurnalistlər bir sual üzərində düşünürlər: əgər Qərb indi dəstəyini zəiflətsə və Ukraynanı vaxtından əvvəl danışıqlara məcbur etsə, bunun nəticəsi necə olacaq? Təcavüzkar qələbə kimi təqdim edə biləcəyi atəşkəs təklifi ilə mükafatlandırılacaq, verdiyi vədi tez unutmaq və qazanclarını möhkəmləndirmək üçün stimul olacaq.
Bundan əlavə, dünyanın digər despot hökmdarları, xüsusən də Şimali Koreya lideri Kim Çen In bunu müharibəyə təhrik etməyin sərfəli və uzunmüddətli "sərmayə” olduğu çağırışı kimi qəbul edə bilər. Ona görə də yeganə çıxış yolu - Ukraynanı öz suverenliyini bərpa edilməsinə qədər onu dəstəkləməkdir.
Nizami Bağırov