Xəbər lenti

Qərbdə artıq III Dünya Müharibəsinə hazırlaşırlar
Dünya17:14 08.01.2017

Qərbdə artıq III Dünya Müharibəsinə hazırlaşırlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qərb ölkələrində yaşayanların əksəriyyəti tezliklə III Dünya Müharibəsinin başlayacağına inanırlar.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu, YouGov şirkətinin keçirdiyi sorğu nəticəsində məlum olub.

Monitorinqdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkə vətəndaşları iştirak edib.

III Dünya Müharibəsinin qaçılmaz olduğuna amerikalıların 64 faizi əmindir, 15 faiz isə hesab edir ki, münaqişələr sülh yolu ilə həll ediləcək.

Britaniyalılar arasında keçirilən sorğunun nəticəsi də təxminən eynidir. Respondentlərin 61 faizi müharibənin qaçılmaz olduğunu deyib.

Bundan əlavə, Böyük Britaniya sakinlərinin 71, ABŞ vətəndaşlarının 59 faizi Rusiyadan çəkinir. Fransada isə əhalinin 81 faizi terroru başlıca təhlükə hesab edir.

Qaynarinfo.Az