Xəbər lenti

Qərbdən gələn bu zəncirvari xəbərlər Rusiyaya nə vəd edir? (ŞƏRH)
Dünya12:54 16.12.2022

Qərbdən gələn bu zəncirvari xəbərlər Rusiyaya nə vəd edir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya-Ukrayna müharibəsi uzandıqca Qərb rəsmi Kiyevə dəstəyini daha da artırır. 
Bir neçə gün əvvəl məlum oldu ki, ABŞ Ukraynaya hava hücumundan müdafiə üçün "Patriot” sistemləri göndərməyə hazırlaşır. Bundan başqa, Ukrayna ən müasir silahlarla təchiz olunur və proses bundan sonra da davam edəcək. Qərb paralel olaraq, Rusiyaya da təzyiqlərini artırır. ABŞ Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasının mümkün yollarını yenidən nəzərdən keçirməyə başlayıb. NATO və Avropa İttifaqı Rusiya ilə bağlı ayrıca bəyanat hazırlayır. Bəyanatda Rusiyanın dərhal Ukrayna ərazisini tərk etməsi tələb olunacaq. Polşa Seymi isə Rusiyanın terrou dəstəkləyən dövlət kimi tanıyıb. Bu arada Kanada da "Şimal axını”na qarşı sanksiyanı bərpa edib. Hadisələrin bu dinamika ilə inkişafı Qərbin Rusiya və Ukrayna arasındakı üzücü müharibənin tezliklə bitməsinə çalışdığı kimi dəyərləndirir. Lakin bu fikri bölüşməyənlər də var. 
Siyasi analitik Rauf Mirqədirov baş verənləri Qaynarinfo-ya şərh edərkən bildirib ki, əksinə, Qərb uzunmüddətli müharibəyə hazırlaşır. "Sözsüz ki, Qərb müharibənin  tezliklə bitməsində maraqlıdır. Lakin indiki şərtlər daxilində bu, mümkün görünmür. Qərbdə başa düşürlər ki, Putinin geri çəkilmək imkanı yoxdur. Bu onun hakimiyyətinin sonu demək olardı. Putin bu və ya digər şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sülhə imza atarsa, o zaman onun hakimiyyətdə qalması çətin olacaq. Ruslar məğlub çarları sevmirlər. Tarix də göstərir ki, hər biabirçı məğlubiyyətdən sonra Rusiyada daxili təlatümlər olur və bu proses ölkənin taleyini kəskin şəkildə dəyişir”, - Mirqədirov deyib. 
Analitik bildirib ki, Qərb Ukraynaya dəstəyini artırması Kiyevin uzunmüddətli müharibədə duruş gətirməsi üçündür.
"Qərb liderlərinin bəyanatlarına fikir versəniz görərsiniz ki, onlar müharibənin tezliklə bitməsi ehtimalını real saymırlar”, - Rauf Mirqədirov vurğulayıb. 
O, Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasını da real saymır. Onun fikrincə, bu, hüquqi baxımdan kifayət qədər mürəkkəb məsələdir. "Rusiyanı hətta G20-dən çıxara bilmədilər. Orada Moskvaya dəstək verən dövlətlər oldu. Düşünürəm ki, BMT ilə də oxşar vəziyyət yarana bilər. Yəni, orada da Rusiyanı dəstəkləyən ölkələr olacaq. Düşünürəm ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması yalnız rəsmi Moskvanın Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə baş tuta bilər”, - deyə həmsöhbətimiz əlavə edib.
Seyid