İranın Qərbi Azərbaycan vilayətində hərbçilərlə PKK terror təşkilatının qolu PJAK üzvləri arasında silahlı qarşıdurma yaşanıb.
Qaynarinfo xəbər verir ki, Maku şəhərində baş verən hadisə zamanı iki qvardiyaçı həlak olub, biri yaralanıb.
Qeyd edək ki, Maku şəhəri Türkiyə ilə sərhəddə yerləşir. Ərazidə son dövrlərdə terrorçularla əsgərlər arasındakı gərginlik daha da artıb.
Gülşən