Rusiyalı general-leytenant Oleq Tsokov Berdyansk vilayətində öldürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat
verib.
Tsokov 2022-ci ilin avqust ayından Smolenksdə dislokasiya olunan 144-cü Qvardiya motoatıcı diviziyanın komandiri vəzifəsində çalışıb.
General-leynetant rütbəsi ona 2023-cü ildə təqdim edilib.
Rusiyanın Ukraynanın işğalı ilə əlaqədar o, Ukrayna şəhərlərinə raket hücumlarında iştirak etdiyi üçün Ukrayna, Böyük Britaniya, Yeni Zelandiya və bütün Aİ ölkələrinin sanksiya siyahısına daxil edilib.
Nizami Bağırov