Xəbər lenti

Qəsəbə meri olan pişik dünyasını dəyişdi
Dünya14:52 24.07.2017

Qəsəbə meri olan pişik dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Alyaska bölgəsində yerləşən Tolkitna qəsəbəsinin meri olan Stabs adlı pişik dünyasını dəyişib.

"Qaynarinfo" "Guardian"a istinadən xəbər verir ki, 1998-ci ildə qəsəbənin fəxri meri vəzifəsinə seçilən pişik 20 yaş 3 aylıq idi. O, yuxuda dünyasını dəyişib.

900 nəfərin yaşadığı ərazidə rəsmi mer vəzifəsi yoxdur və pişik 19 il idi ki, qəsəbəni tək başına "idarə edirdi". Suyunu marqarita kokteylinin stəkanından içinə pişikotu qatılmış vəziyyətdə içməyi sevən Stabs 2013-cü ildə it hücumuna məruz qalıb, lakin xoşbəxtlikdən onu xilas etmək mümkün olub. Əvvəllər özünü kiçik it balası kimi aparan və insanlarla oynamağı sevən mer 2016-cı ildən bəri evdən çıxmır və qocalıq dövrünü dincələrək keçirirdi. 

Gülşən

Qaynarinfo.Az