Xəbər lenti

Qətər körfəz ölkələrinin təklifini rədd etdi
Dünya12:58 31.07.2017

Qətər körfəz ölkələrinin təklifini rədd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynin 13 maddəlik tələbini rədd etdiyini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qətər xarici işlər naziri Şeyx Məhəmməd İbin Əbdurrəhman  ölkələrinə tətbiq edilən sanksiyaların qeyri-qanuni olduğunu və beynəlxalq hüquq qaydalarını pozmaq mənasına gəldiyini deyib. Son olaraq Qətərdən tələb edilən 13 maddəlik siyahıya əməl etməkdən imtina etdiklərini deyən nazir "Sanksiyaları tətbiq edən ölkələr bu addımın qanunsuz olduğu qəbul etmək istəmir" fikrini səsləndirib.

Qeyd edək ki, 5 iyunda Qətərə qarşı çıxan və diplomatik əlaqələri kəsən ölkələr əvvəlcə 6 maddəlik ciddi tələb irəli sürmüş, daha sonra isə mövqelərində ciddi güzəştə gedərək daha yumşaq 13 maddəlik tələblə çıxış etmiş və Qətəri əsas olaraq terrorizm, radikalizmə qarşı mübarizəyə səsləmiş, dialoq təklif etmişdilər. Qətər isə heç bir ittihamı qəbul etmir və tələblərə əməl etməkdən imtina edir.

Gülşən

Qaynarinfo.Az