Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatik nümayəndəlikləri bu gündən, iyunun 19-dan etibarən Dubayla birlikdə yenidən Doha və Əbu-Dabidə fəaliyyət göstərəcək. Bu münasibətlə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyana zəng edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş press-relizdə
deyilir.
Dərc edilən press-relizdə bəyan edilir ki, onlar həm "diplomatik münasibətlərin bərpasını alqışlayıblar”, həm də "iki ölkə arasında qardaşlıq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın yaxşılaşdırılması imkanlarını müzakirə ediblər”.
BƏƏ Qətərlə diplomatik əlaqələri 2017-ci ilin iyununda kəsib. Əmirliklər körfəz ölkələri ilə birlikdə Qətər hakimiyyətini terrorizmi dəstəkləməkdə ittiham edib. 2021-ci ilin yanvarında Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir Qətərlə diplomatik münasibətləri bərpa etmək, nəqliyyat blokadasını və fikir ayrılıqlarını aradan qaldırmaq üçün saziş imzalayıb. 2023-cü ilin aprelində Qətər və Bəhreyn diplomatik münasibətləri bərpa edib.
Nizami Bağırov