Xəbər lenti

Qətər xəritədən silindi
Dünya09:40 19.01.2018

Qətər xəritədən silindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ərəb Əmirliklərinin Fransadan ad eyniliyinə görə icazə aldığı və Əbu Dabidə yaratdığı Luvr muzeyinin uşaq bölməsindəki xəritədən Qətər çıxardılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Körfəz mütəxəssisi Simon Henderson tərəfindən yazılan məqalədə Qətərin xəritədən tamamilə silindiyini qeyd edilib. Həmçinin bildirilir ki, bu fakt Fransa və BƏƏ arasında əldə olunan razılaşmaya ziddir.
Qeyd edək ki, BƏƏ Luvr muzeyinin adına görə 520 milyon ödəmişdi. Daha sonra isə əlavə 747 milyon dollar ödəniş edilmişdi.
Gülşən