Xəbər lenti

Qətərdən körfəz böhranı ilə bağlı açıqlama
Dünya06:51 27.08.2017

Qətərdən körfəz böhranı ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qətər Kommunikasiya Bürosunun sədri Şeyx Seyf İbin Əhməd Əl Sani ölkəsinə tətbiq edilən sanksiyaya son qoymaq vaxtı gəldiyini deyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Əl Sani "Twitter" hesabından etdiyi açıqlamada "Qətərə qarşı sanksiya tətbiq edən ölkələr bizi tələbləri yerinə yetirməyə razı sala bilmədi. Sanksiyanın üzərindən 80 gün keçib və bunu tətbiq edən ölkələr mətbuatda propaqanda ilə məşğul olur. Qətəri qaralamağa milyonlarla dollar pul xərclənir, lakin Qətər xərclərini öz vətəndaşlarının mənfəəti və təhsili üçün sərf etməyi üstün tutur" deyib. 

Qeyd edək ki, körfəz ölkələri 5 iyundan bəri Qətəri terrorizmə dəstək verməkdə ittiham edir və sanksiyalar tətbiq edir. 

Gülşən

Qaynarinfo.Az