Xəbər lenti

Qətlə yetirilən səfirin dəfnindən Canlı yayım
Dünya07:49 22.12.2016

Qətlə yetirilən səfirin dəfnindən Canlı yayım

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada Türkiyədəki keçmiş səfiri, dekabrın 19-da Ankaradakı fotosərgidə güllələnmiş Andrey Karlovla vida mərasimi keçirilir. 

Qaynarinfo.Az xəbər verir ki, vida mərasiminə Rusiya siyasətçiləri, Rusiyada olan xarici səfirlik əməkdaşları qatılıblar.

Xatırladaq ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 22 yaşlı Aydın şəhər sakini, xüsusi təyinatlı dəstənin əməkdaşı Mövlud Mərd Altınbaş tərəfindən silahlı sui-qəsd nəticəsində öldürülüb. 

Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.

Qaynarinfo.Az