Xəbər lenti

Qeyri ciddi dövlət: Putin Qərbi üstələyə biləcəyinə əmindir - Frensis Fukuyama
Dünya06:31 05.02.2024

Qeyri ciddi dövlət: Putin Qərbi üstələyə biləcəyinə əmindir - Frensis Fukuyama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Amerikanın xarici siyasəti tamamilə gələcək dünya nizamı üçün dağıdıcı nəticələrə səbəb olan qeyri-funksional daxili siyasətə qarışıb. Gəlin bunu daha sadə izah edim”.
Qaynarinfo amerikalı filosof, politoloq, siyasi iqtisadçı və yazıçı Stenford Universitetində Demokratiya, inkişaf və qanunun aliliyi Mərkəzinin baş elmi işçisi Frensis Fukuyamanın yazısını təqdim edir.
Son iki ildə Rusiyanın genişmiqyaslı işğalına qarşı son damla qanına qədər müqavimət göstərən Ukrayna indi müharibəni uduzur. ABŞ əlavə hərbi yardımı dayandırdığı üçün Ukrayna hərbçilərinin sadəcə olaraq sursatları tükənib. Avropa İttifaqına üzv ölkələrdən biri olan Macarıstanın etirazı ucbatından Avropa da oxşar problemlər yaşayır. Prezident Putin indi əmindir ki, o, Qərbi üstələyə biləcək və təkcə indiki deyil, gələcək müharibələrdə də qalib gələcək.
Biləsiniz ki, amerikalıların əksəriyyəti və Konqresin hər iki palatasında onların seçilmiş nümayəndələrinin əksəriyyəti Ukraynaya gələcək yardımı dəstəkləyir. Senatda ikipartiyalı danışıqlar aparır və bu, ABŞ-ın cənub sərhədində nəzarətin gücləndirilməsi şərti ilə yardımı (həmçinin İsrail və Tayvana yardımı) təmin edən paket razılaşmasına gətirib çıxarıb. 
Respublikaçıların son bir il ərzində səs-küylü şəkildə tələb etdikləri məhz bu olub. Əslində onlar bunun elə bir fövqəladə hal olduğunu iddia edirlər ki, Texas və digər qırmızı ştatlar (Resbiblikaçı partiyanın dəstəklədiyi ştatlar – red.) bu məqsədlər üçün öz Milli Qvardiya bölmələrini səfərbər ediblər.
Prezident Bayden bu yaxınlarda yardım paketini təsdiqləmək üçün lazım gələrsə, bütün sərhədi bağlamağa hazır olduğunu söyləyib. Bununla belə, Respublikaçılar Partiyasından prezidentliyə ehtimal edilən namizəd Donald Tramp sazişin əleyhinə kampaniya aparır. O, spiker Mayk Consonun başçılıq etdiyi Nümayəndələr Palatasındakı MAGA (MAGA - Trampın "Amerikanı yenidən möhtəşəm edək" şüarı ilə Respublikaçılar Partiyasının Donald Trampın siyasətini dəstəkləyən qanadı) müttəfiqlərinə sazişi tamamilə rədd etməyi tapşırıb. O və sağçı müttəfiqləri məsələnin həllini istəmirlər, çünki sərhəd problemini noyabr seçkilərinə qədər yaşatmaq istəyirlər.
Nümayəndələr Palatasında Respublikaçıların zəif çoxluğunu nəzərə alsaq, paket demokratların səsləri və bir neçə fərqli respublikaçı ilə asanlıqla keçə bilərdi, lakin Senatda görülən ikipartiyalı əməkdaşlıq orada qadağan edilib.
MAGA-nın sərt qanadı azlığı təşkil edir, lakin bizim institusional qaydalarımız onlara amerikalıların böyük əksəriyyəti tərəfindən açıq şəkildə bəyənilən qərarlara veto qoymağa imkan verir. Cənub sərhədi məsələsində Tramp respublikaçıların özlərinin kritik elan etdikləri qərara veto qoymaq istəyir, və o, bütün bunları ona verdiyi seçki üstünlüyü naminə edir. Bu, Donald Trampın şəxsi maraqlarına xidmət edərsə, bütün evi yandırmağa hazır olduğuna daha bir nümunədir. 
Prezident Bayden bu vəziyyəti Amerika xalqına daha aydın izah etməlidir. Onun administrasiyası inanır ki, insanların şüurunda həkk olunması üçün siyasi mövqeyini bir dəfə formalaşdırmaq kifayətdir. Bayden Trampı təqlid etməli və daima təkrarlamalıdır ki, Tramp və Nümayəndələr Palatasındakı respublikaçı radikallar cənub sərhədi probleminin həllinə mane olur və eyni zamanda Rusiyanın Ukraynada qələbəsinə kömək edir.
Artıq bir müddətdir ki, ABŞ ciddi ölkə olmaqdan çıxıb. Amerikanın həddindən artıq qütbləşməsi ilə azlıqlara imtiyaz verən institusional qaydaların vəhdəti bizim beynəlxalq öhdəliklərimizi yerinə yetirməyimizi qeyri-mümkün edir. Avropa İttifaqı bu problemin oxşar versiyasından əziyyət çəkir, burada konsensus tələbləri bir kiçik ölkəyə bütün cəmiyyətin hərəkətini əngəlləməyə imkan verir.
Lakin qarşıdan gələn seçkilərdə Donald Tramp və onun MAGA respublikaçılarını hakimiyyətdən kənarda saxlamaq kimi qısamüddətli hədəfi həll etməyə müvəffəq olana qədər bu uzunmüddətli problemləri həll etməyə başlaya bilmərik.
Nizami Bağırov