Qeyri-sabit hava dənizkənarı obyektləri vurdu - Sahibkarlar ziyanda (VİDEO)
Bu günlərdə iynə atsan yerə düşməyəcək qədər müştərisi olan çimərliklərdə indi bir nəfər də yoxdur. Buna səbəb də havaların qeyri-sabit keçməsidir.
Dənizkənarı zonalarda iaşə obyekti işlədənlər bildirirlər ki, müştəri olmayan günlərdə də işçilərinə məvacib ödəməlidirlər. Bu addımı atırlar ki, müştəri olan günlərdə işçi problemi yaşamasınlar. Üstəlik icarə haqqı da verməlidirlər. Bu da günü, sonda isə ayı zərərlə başa vurmağa gətirib çıxarır.
İbrahim Novruzov bildirib ki, 15 ildir bu restoranı işlədir. Lakin, builki kimi acınacaqlı vəziyyət heç vaxt olmayıb.
10 ildir bu sektorda fəaliyyət göstərən Bəhram Məmmədov isə bildirir ki, əvvəllər də dəniz mövsümündə küləkli, yağışlı, buludlu günlər olurdu. Amma indiki qədər yox. Elə məhz buna görə də iyun ayını təxminən zərərlə başa vurublar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər